RU

37 yaşlı futbolçu yeni müqavilə bağlayır

“Latsio” yarımmüdafiəçisi Pedro ilə müqavilə müddətini uzatmaqla bağlı razılığa gəlib.

Msport.az xəbər verir ki, tərəflər daha birillik sözləşmədə ortaq məxrəcə gəlib.

37 yaşlı hücumameyilli oyunçu növbəti mövsümü də paytaxt klubunda keçirəcək. Pedro İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub.

Qeyd edək ki, Pedro “Barselona” ilə La Liqanın (5 dəfə), İspaniya Kubokunun (3 dəfə) və Superkubokunun (4 dəfə), UEFA Çempionlar Liqasının (3 dəfə), UEFA Superkubokunun (3) və klublararası dünya çempionatının (2 dəfə) qalibi olub.

Избранный
23
msport.az

1Источники