RU

Argentinalı futbolçu “Real”da!

“Real” heyətinə yeni oyunçu qatıb.

Msport.az xəbər verir ki, Franko Mastantuono Madrid klubu ilə müqavilə imzalayıb.

“River Pleyt”in argentinalı futbolçusu ilə sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Franko klublararası dünya çempionatına “River Pleyt”in heyətində yollanacaq. Mastantuono Madrid klubuna 18 yaşını tamamladıqdan sonra – avqustun 15-də yollanacaq. Bu transfer üçün “Real”ın 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Franko Mastantuono bu mövsüm “River Pleyt”də 19 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.

Избранный
45
4
msport.az

6Источники