RU

Rusiyada ağır yol qəzasında 6 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib, nəticədə 6 nəfər ölüb.

Hadisə gecə saatlarında Çeremxovo-Qolumet-Onot avtomobil yolunun 28-ci km-də, Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, "Lada Qranta” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan mini traktorla toqquşub. Nəticədə traktorun sürücüsü və 4 sərnişini hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.
 
 

Избранный
23
9
7news.az

10Источники