RU

Mahir Emreli: “Bu gün alınmırsa, sabah alınacaq”

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu, hazırda klubsuz olan Mahir Emreli azarkeşlərə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu yığma komandamızın uğursuz çıxışları barədə sosial şəbəkə hesabında bunları yazıb:

“Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq. Çünki nəticə danışmır. Amma bu formanı geyinən hər kəs bilir ki, bu, sadəcə futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq. Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik”, – deyə Mahir Emreli bildirib.

Xatırladaq ki, Fernando Santosun rəhbərlik etdiyi Azərbaycan millisi Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də Latviya ilə baş tutan oyun isə qolsuz bərabərliklə nəticələnib – 0:0.

Избранный
26
5
arena.az

10Источники