RU

“Araz Naxçıvan” israilli futbolçu ilə anlaşdı – RƏSMİ

UEFA Konfrans Liqasına hazırlaşan “Araz Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Msport.az xəbər verir ki, Naxçıvan klubu Bar Cohenlə anlaşıb.

24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 O, buna qədər ancaq İsrail klublarının formasını geyinib. Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” klublarında çıxış edən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
Избранный
48
msport.az

1Источники