RU

Probej Levandovski ilə münaqişəyə görə millidən getdi


Futbol üzrə Polşa milli komandasının baş məşqçi Mixal Probej hücumçu Robert Levandovski ilə münaqişəyə görə postunu tərk edib.

Arena.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssis öz istəyi ilə yığmadan ayrılıb. Federasiya rəhbərliyi təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, daha əvvəl komandada Robert Levandovskidən kapitan sarğısı alınıb. Təcrübəli forvard baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarına gəldiyini açıqlayıb. Polşa Futbol Assosiasiyası kapitan sarğısının alınmasının Probejin qərarını olduğunu bəyan edib.

Mütəxəssis 2023-cü ilin sentyabrında bu posta təyin olunmuşdu. 52 yaşlı mütəxəssis bu komandanı 21 oyuna çıxarıb, 10 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət görüb.

Избранный
54
arena.az

1Источники