RU

Bələdiyyə torpaqlarının ayrılması qaydalarında bəzi istisna hallar müəyyənləşir

BAKI, 12 iyun. TELEQRAF

Bələdiyyə torpaqlarının ayrılması qaydalarında bəzi istisna hallar müəyyənləşir.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, mövcud qanunvericiliyə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün vətəndaş mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

Layihəyə əsasən isə sözügedən qaydalar təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.

Избранный
50
11
teleqraf.com

10Источники