ain.az, Konkret.az saytına istinadən bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı sərt xəbərdarlıqla çıxış edib.
KONKRET.az bildirir ki, qurumun yaydığı rəsmi bəyanatda Təl-Əvivə açıq mesaj verilib:
“Biz istənilən səviyyədə, istənilən müharibəyə tam hazırıq.”
SEPAH nümayəndələri İsraili səhv addımlar atmamağa və atacağı hər bir addımın nəticələrini ciddi şəkildə ölçüb-biçməyə çağırıblar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
“Zaman-zaman bizi qorxutmağa çalışırlar, lakin biz bildiririk ki, tam hazır vəziyyətdəyik”, – deyə bəyanatda qeyd olunub.
Bu açıqlama, Yaxın Şərqdə gərginliyin getdikcə artdığı, xüsusilə də İsrailin İrana mümkün hərbi əməliyyat planları fonunda səsləndirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.