RU

Deputat: Bakıda 500 mindən artıq sənədsiz ev var

"Bakıda 500 mindən artıq sənədsiz ev var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə parlamentin Regional Məsələlər Komitəsinin bugünkü iclasında bir neçə qanuna və məcəlləyə təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.

Deputat bildirib ki, o evlərin sənədi olmadığı üçün həmin yaşayış yerləri sığortalana bilmir:

“Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib. Onların heç birinin sənədi yoxdur, vətəndaşlar çox ciddi zərər görüblər. Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur. "Balaxanıneftin" rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarıma cavab vermədi, müavini dedi ki, rəisimi çox az hallarda görürəm. Bu məsələdə insanlara yadım etməliyik".

Избранный
53
6
teleqraf.com

8Источники