Saxta pul reproduksiyalarının hazırlanması və yayılması hansı hallarda cinayət tərkibi daşıyır? Vətəndaşlar nə etməlidirlər?
Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, belə saxtakarlıqlar artıq kütləvi hal alıb:
“Xüsusilə pərakəndə ticarətlə məşğul olan şəxslər diqqətli olmalıdırlar. Qanunvericiliyə əsasən, ticarət əməliyyatları yalnız milli valyuta ilə həyata keçirilməlidir. Əsasən, axşam saatlarında bu cür hallar baş verir. Məsələn, xaricdən gəldiyini deyən şəxs vətəndaşa valyutanı müəyyən zərərə satmaq təklifi edir. Bəzən yaşlı taksi sürücülərinə belə saxta pullar təqdim olunur. Eyni zamanda, maşın və daşınmaz əmlak alqı-satqısı zamanı bu faktlara rast gəlirik. Tərəflər razılaşaraq vergi ödənişini azaltmaq üçün notariatda aşağı məbləğ göstərir, qalan hissə isə nağd şəkildə ödənilir. Belə hallarda saxta pul orijinalların arasında gizlədilir, aldanan şəxs isə bunu sübut edə bilmir”.
Ekspert bildirib ki, belə hallarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Banka və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər:
“Saxta pulun dövriyyəyə buraxılması və buna şərait yaratmaq cinayət tərkibi daşıyır. Bu əməli törədən şəxsləri 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər saxtakarlıq külli miqdarda vəsaitlə bağlıdırsa, mütəşəkkil dəstə tərəfindən həyata keçirilirsə və ya təkrar cinayət halıdırsa, həmin şəxslərə 5 ildən 12 ilədək həbs cəzası verilə bilər”.
10Источники
-
nocomment.azManatla bağlı təcili durum: XƏBƏRDARLIQ ( 18172819)
-
tribunainfo.azManatla bağlı XƏBƏRDARLIQ ( 18159352)
-
news24.azManatla bağlı TƏCİLİ DURUM: XƏBƏRDARLIQ ( 18147040)
-
demokrat.azManatla bağlı XƏBƏRDARLIQ ( 18147856)
-
pravda.azManatla bağlı XƏBƏRDARLIQ ( 18147325)
-
ictimairey.azManatla bağlı TƏCİLİ DURUM: Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ ( 18147268)
-
moderator.azManatla bağlı TƏCİLİ DURUM: Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ ( 18147151)
-
icma.azManatla bağlı TƏCİLİ DURUM: Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ ( 18146680)
-
sfera.azManatla bağlı TƏCİLİ DURUM: Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ ( 18146602)
-
turkustan.azManatla bağlı TƏCİLİ DURUM: Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ ( 18146545)