Goranboy rayonunda biryaşlı oğlan xəstəxanada dünyasını dəyişib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Zeyvə kənd sakini 2024-cü il təvəllüdlü Emil Kərimlinin yaşadığı evdə halı pisləşib və o, epilepsiya diaqnozu ilə xəstəxanaya aparılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.