RU

Şirvanda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Şirvan şəhər Prokurorluğundan məlumat verilib.

“HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Избранный
146
8
aznews.az

10Источники