RU

Xarkovda PUA hücumu: Ölənlərin sayı artır

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi PUA hücumu nəticəsində mülki itkilər baş verib.

Busaat.az xəbər verir ki, Rusiya qüvvələrinin cəmi 9 dəqiqə ərzində Xarkova 17 pilotsuz uçuş aparatı ilə hücum etdiyi bildirilib. Vilayət prokurorluğunun məlumatına görə, dağıntılar altından çıxarılanlarla birlikdə ölənlərin sayı 6-ya yüksəlib. Xarkov meri İqor Terekhov isə şəhərin dörd rayonunun yenidən hücuma məruz qaldığını, bir dronun məktəb həyətinə düşərək pəncərələri sındırdığını açıqlayıb.

Şövkət Əliyeva

Избранный
22
busaat.az

1Источники