RU

Bir yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Goranboy rayonunda bir yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Zeyvə kənd sakini 2024-cü il təvəllüdlü Emil Kərimlinin yaşadığı evdə halı pisləşib və o, epilepsiya diaqnozu ilə xəstəxanaya aparılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)


Избранный
6
3
news24.az

4Источники