Aktual.az xəbər verir ki, bu cür hallar qanunvericilikdə "sakitlik rejiminin pozulması” kimi qiymətləndirilir və ciddi cərimələrlə nəticələnə bilər.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən səs-küy və vibrasiya çirklənməsi müəyyən olunmuş normalardan artıq olduqda cəzalandırılır. Bu halda:
Fiziki şəxslər üçün cərimə: 200–300 manat,
Vəzifəli şəxslər üçün: 2,500–3,500 manat,
Hüquqi şəxslər üçün isə: 8,000–10,000 manat təşkil edir.
Bundan əlavə, İXM-in 521-ci maddəsi məişət səs-küyü ilə bağlı qaydaları pozan şəxslərə qarşı da inzibati məsuliyyət nəzərdə tutur. Yaşayış binalarının içərisində və ya ətrafında, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 07:00-a qədər yüksək səslə danışmaq, mahnı oxumaq, musiqi ifa etmək və müxtəlif texniki vasitələrlə səs-küy salmaq qanunla qadağandır.
Bu qaydaların pozulması halında:
Fiziki şəxslər üçün cərimə: 150–200 manat,
Vəzifəli şəxslər üçün: 2,000–2,500 manat məbləğində müəyyən edilir.
Hüquqşünaslar bildirirlər ki, belə hallar təkrarlandığı təqdirdə obyektlərin fəaliyyəti ilə bağlı daha ciddi tədbirlər də gündəmə gələ bilər. Vətəndaşlar bu cür səs-küylə qarşılaşdıqda 102 xidmətinə, yerli polis orqanlarına və ya icra strukturlarına müraciət edə bilərlər.