RU

Gürcüstan parlamentinin sədri Polşanı bu məsələdə ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Polşanın baş naziri Donald Tusk və Polşanın xarici işlər naziri Radoslav Sikorskini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin maraqlarına lobbiçilik etməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Çərşənbə günü Seymdə çıxış edən Tusk bildirib ki, Polşa Aİ tərəfdaşlarını Gürcüstan vətəndaşlarının ittifaqa vizasız girişini ləğv etməyə və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa inandırmaq niyyətindədir.

“Polşanın hazırkı hökuməti, baş naziri, xarici işlər naziri Mixail Saakaşvilinin lobbiçiləridir. Mən sizə Avropa Xalq Partiyasının qurultaylarını xatırladacağam, hansı ki, bu partiyanın lideri kimi Donald Tusk bizə həbsxanadan – cinayətkar, işgəncə sistemi yaradan Mixail Saakaşvilinin məktubunu oxumuşdu. Sikorski, bu gün də Saakaşvilini işgəncə, reket sistemi yaradan, modernləşdirən və nümunəvi demokrat adlandıranda”, – Papuaşvili jurnalistlərə bildirib.

Gürcüstan parlamentinin 2024-cü ilin mayında xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra Tbilisi ilə Brüssel arasında münasibətlər gərginləşib. Aİ-nin Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərinin ədalətli və şəffaf olması ilə bağlı da sualları var. 2025-ci ilin yanvarında Aİ gürcü diplomatları və rəsmiləri üçün vizasız gediş-gəlişi dayandırıb. Ayrı-ayrı Aİ ölkələri də Gürcüstanın hökumət rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Избранный
41
1
nocomment.az

2Источники