Azərbaycanın qadın futbolçularından ibarət milli komandası FIFA-nın reytinq cədvəlində 1 pillə irərliləyib.
Offsideplus.az xəbər verir ki, yığmamız bu gün açıqlanan siyahıda 74-cü pilləyə yüksəlib.
Reytinq cədvəlində qadın futbolçuların son 3 ayda göstərdikləri nəticələr nəzərə alınıb.
Bu müddət ərzində Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv 3 oyun keçirib.
UEFA Millətlər Liqasının C Liqasında Litvanı səfərdə 2:0 hesabı ilə məğlub edən yığmamız ardından Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Mayın 30-da keçirilən son rəsmi matçda isə milli komandamız Bakıda gözlənilmədən Litvadan 5 cavabsız top buraxıb.
İlk "onluq"da ABŞ, İspaniya, Almaniya, Braziliya, İngiltərə, İsveç, Yaponiya, Kanada, Şimali Koreya və Fransa komandaları yer alıblar.
Növbəti reytnq cədvəli avqustun 7-də açıqlanacaq.