RU

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb, 170 nəfər həlak olub - Yenilənib 

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb....

“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

***

Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

***

Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.

Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

Poliqon.info 

Избранный
48
1
poliqon.info

6Источники