RU

İsrailin Qəzzaya hücumlarında 42 nəfər öldü - Yaralılar var

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi son hücumlar nəticəsində azı 42 fələstinli həlak olub, 200-dən çox insan yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti humanitar yardım gözləyən mülki vətəndaşlardır. Hücumlar əsasən yardım mərkəzlərinin yaxınlığında baş verib.

Şifa və Əl-Avda xəstəxanalarının məlumatına görə, Qəzza şəhəri, Nusayrat düşərgəsi və Xan Yunusda çoxsaylı insan tələfatı qeydə alınıb. Rəfahda da yardım növbəsində dayanan insanlara hücum nəticəsində 12 nəfər ölüb.

Fələstin Telekommunikasiya İdarəsi bölgədə internet və telefon xidmətlərinin tamamilə kəsildiyini, Fələstin Qızıl Aypara Cəmiyyəti isə humanitar əlaqələrin pozulduğunu açıqlayıb.

Избранный
70
manset.az

1Источники