RU

Boeing səhmləri qəzadan sonra dəyər itirdi

Hindistanın Əhmədabad şəhərində baş verən aviaqəza ABŞ-nin aviasiya nəhəngi Boeing şirkətinin səhmlərinin ucuzlaşmasına səbəb olub.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində, New York Fond Birjasında ticarət olunan Boeing səhmləri açılış öncəsi ticarətdə təxminən 8 faiz dəyər itirib. Səhmlərin ucuzlaşmasına səbəb Hindistanın Qucarat əyalətinin Əhmədabad şəhərində yerləşən hava limanı yaxınlığında Air India şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasıdır.

Hindistan mətbuatının yaydığı məlumata əsasən, Air India şirkətinin 171 saylı reysi ilə Əhmədabaddakı Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Londonun Gatwick hava limanına uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Sərnişin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, “India Today” nəşri təyyarədə 230 sərnişin və 12 ekipaj üzvü olmaqla ümumilikdə 242 nəfərin olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Boeing şirkətindən isə hələlik rəsmi açıqlama verilməyib.

Избранный
46
manset.az

1Источники