RU

Jerar Pike “Qızıl top”a əsas namizədini açıqladı

“Barselona”nın ispan keçmiş mərkəz müdafiəçisi Jerar Pike cari mövsüm üçün “Qızıl top”a əsas namizədinin adını açıqlayıb.

Arena.az “Managing Barça” dərgisnə istinadən məlumat verir ki, Pike ən nüfuzlu fərdi mükafata “Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamalı layiq görür.

Pikenin ikinci və üçüncü namizədləri də “Barselona”nın futbolçularıdır: ispan mərkəz yarımmüdafiəçisi Pedri və braziliyalı cinah hücumçusu Rafinya.

Jerar Pike PSJ-dən portuqal mərkəz yarımmüdafiəçisi Vitinyanı dördüncü, “Real”dan fransalı mərkəz hücumçusu Kilian Mbappeni beşinci, həmçinin PSJ-dən fransalı sağ cinah hücumçusu Usman Dembeleni isə altıncı yerdə qərarlaşdırıb.

Əlavə edək ki, əksər nəşrlər mövsümün “Qızıl top”una məhz Usman Dembeleni layiq görürlər.

Xatırladaq ki, “Qızıl top”un təqdimat mərasimi cari ilin sentyabr ayına təyin edilib. Namizədlərin adları isə avqust ayında rəsmən bəyan ediləcək.

“Qızıl top” ən çox argentinalı hücumçu Lionel Messiyə təqdim edilib – 8 dəfə.

Nüfuzlu mükafatın son qalibi isə “Mançester Siti”nin ispan dayaq yarmmüdafiəçisi Rodridir.

Избранный
7
arena.az

1Источники