Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Məlumatda bildirilir ki, həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.
Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.