Ağdamda 70 yaşlı kişini "laqonda" doğrayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Kənd sakini, 1955-ci il təvəllüdlü Taryel Məhəmməd oğlu İsmayılov evində dəmir kəsərkən elektrik cihazı əlindən çıxıb. Hadisə nəticəsində cihaz onun sağ ayağın baldır nahiyəsini doğrayıb.
Yaralı T.İsmayılov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.