“Qalatasaray” yeni transferi Leroy Sane ilə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı futbolçu “cim-bom”la 3 illik müqavilə imzalayıb.
Sanenin son klubu “Bavariya” olub. O, “Qalatasaray”a azad agent kimi keçib.