RU

Misir Qəzzaya yürüş etmək istəyənləri saxladı

Qəzzada Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə keçirilməsi planlaşdırılan “Qlobal Qəzza Yürüşü” üçün Misirə gedən bəzi fəallar saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Qlobal Qəzza Yürüşü” Beynəlxalq Koordinasiya Komitəsi açıqlama verib.

Bildirilib ki, Əlcəzair, Tunis, Almaniya, Mərakeş, Avstraliya, Fransa və Türkiyə kimi bir çox ölkədən fəallar Qahirədə saxlanılıb.

Açıqlamada iştirakçıların azad edilməsi və yürüşə qatılacaq şəxslərin içəri buraxılmasına çağırış edilib:

“Misirin Qəzzada baş verən humanitar böhran və Rəfah Qapısındakı dayanıqsız vəziyyətlə bağlı əvvəlki açıqlamalarına uyğun olaraq, bu dinc qlobal hərəkata dəstək verməsi və iştirakçıların içəri girməsinə imkan verməsi vacibdir”.

Избранный
47
publika.az

1Источники