RU

Ağdaşda usta hündürlükdən yıxılaraq öldü

Ağdaş rayonunda faciə ilə nəticələnən hadisə baş verib.
 
Moderator.az xəbər verir ki, Rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı usta hündürlükdən yıxılaraq həyatını itirib.
 
1966-cı il təvəllüdlü Əbdülrəhimov İmadəddin Malik oğlu işlədiyi zaman müvazinətini itirərək, yerə yıxılıb.
 
Aldığı ağır xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
46
1
moderator.az

2Источники