Bakı. Trend:
Əlilliyi olan şəxslərə verilən Prezident təqaüdlərinin aylıqməbləğləri artırılıb.
Trend xəbərverir ki, bu, Sosial müavinətlərin, Azərbaycan RespublikasıPrezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərinməbləğlərinin artırılması və bununla əlaqədar AzərbaycanRespublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamındadəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininFərmanında öz əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan RespublikasıPrezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyənedilsin:
- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədarəlilliyi olan şəxslərə:
- orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görəəlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;
- orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyimüəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
- orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyimüəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
- orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə120 (yüz iyirmi) manat;
- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faizpozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyiolan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;
- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üçyüz əlli) manat.