Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, təqaüdün məbləği “105 (yüz beş)” manatdan “140 (yüz qırx)” manata qaldırılıb.