“Mançester Yunayted” yeni transferi Mateus Kunya ilə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə 5+1 illik sözləşmə imzalanıb.
“Mançester Yunayted” Kunyanı “Vulverhempton”dan 62,7 milyon funt-sterlinq qarşılığında transfer edib.