RU

“İranın qeyri-müəyyənliyi olmasaydı, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini zorla açacaqdı” - erməni təfəkkürü...


Abutalıb Səmədov: “Azərbaycan zorakılığa baş vurmayacağını, heç bir ölkənin ərazi bütövlüyünə qəsd etməyəcəyini dəfələrlə bəyan edib”

“Sputnik Ermənistan”a müsahibəsində politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov deyib ki, guya İranın mövqeyində strateji qeyri-məyyənlik Azərbaycanı və Türkiyəni Zəngəzur dəhlizi ilə bağlı “təxribatdan”, hərbi güc tətbiqindən çəkindirir. Guya İranın nə edəcəyi məlum olmadığına görə Azərbaycan və Türkiyə dəhlizlə bağlı Ermənistana hücum etməyiblər.

Arutyunov təbii ki, cəfəng danışır. İranın mövqeyini, fikrini nəzərə alankimdir? Sadəcə,Azərbaycan və Türkiyənin zorakı yola əl atmasına ehtiyac olmayıb.

“GuyaZəngəzur dəhlizini zorakı yolla açmaq istəyi olub, ABŞ da bunu istəyib, ancaq İranın tutduğu mövqe və bu mövqedəki qeyri-müəyyənlik kimlərisə qorxudub”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqe aydın deyil: “Müxtəlif rəsmi şəxslər müxtəlif bəyanatlar səsləndirib. Bəziləri İranın bütövlükdə Zəngəzur dəhlizinə qarşı olmadığını, ancaq dəhlizin Ermənistanən nəzarətində olmasını istədiyini bildirib. Yəni biz dəhlizin əleyhinə deyilik, ancaqZəngəzur dəhlizi Ermənistanın nəzarətində olmalıdır. Bu günlərdə çıxış edən İranın keçmiş xarici işlər naziri, indi dini liderin müşaviri Əli Əkbər Vilayəti isə tamamilə başqa şey deyir. Onun sözlərindən belə çıxır ki, İran bütövlükdə Zəngəzur dəhlizinin əleyhinədir. Bəyan edir ki, biz dəhlizin açılmasının qarşısını aldıq, çünki əgər Zəngəzur dəhlizi açılsa, bu, İran dəhlizinin fəaliyyinə mane ola bilər və İranın Avropa ilə birləşməsinin qarşısını alar. Bu səbəbdən İranın nə istədiyi aydın deyil. İranın mövqeyi nədən ibarətdir? Ümumiyyətlə dəhlizin açılmasını istəmir, yoxsa açılmasını istəyir, ancaq Ermənistanın nəzarətində olmasını tələb edir? Ancaq 10 noyabr sənədinə görə dəhliz Rusiya sərhədçilərinin nəzarəti altında olmalıdır. Azərbaycan zorakılığa baş vurmayacağını, heç bir ölkənin ərazi bütövlüyünə qəsd etməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti onu da deyib ki, biz Zəngəzura minik maşınları ilə gedəcəyik. Ancaq buna baxmayaraq ermənilər dəfələrlə bəyan ediblər ki, guya Azərbaycanzorakı yolla bu dəhlizi açmaq istəyir və burda Türkiyənin və Rusiyanın köməyinə ümid edir. Əli Əkbər Vilayəti görünür İranın düşdüyü vəziyyəti axıra qədər dərk edə bilmir. Bu gün İran çox ağır vəziyyətdədir, ABŞ-la İranın nüvə proqramı ilə bağlı danışıqlar davam edir, artıq bir neçə görüş keçirilib və gözlənilən nəticə alınmayıb. Hadisələr göstərir ki, razılığa gəlmək ehtimalı azdır və İrana raket zərbələrinin enidiriləcəyi, İranın nüvə obyektlərinin raket zərbələrinə məruz qalacağı tamamilə realdır. Artıq hazırlıqlar da görülməyə başlayıb. İran belə bir təhlükə ilə üz-üzədir, üstəlik, sanksiyaların tətbiq olunma ehtimalı da xeyli artıb. İran onu da unutmayıb ki, 2019-cu ildə tətbiq olunan sanksiyalar onun iqtisadiyyatına öldürücü zərbə vurub və aradan 7 il keçməsinə baxmayaraq, hələ də İran 2018-ci il səviyyəsinə gəlib çata bilmir. Yəni bir tərəfdən ciddi sanksiyalarla üz-üzədir, digər tərəfdən nüvə obyektlərinə raket zərbələrinin endirilmə ehtimalı var. Belə bir məqamda dini liderin müşaviri çıxış edir və İranın “qəhrəmanlıqlarından” danışır. GuyaZəngəzur dəhlizini zorakı yolla açmaq istəyi olub, ABŞ da bunu istəyib, ancaq İranın tutduğu mövqe və bu mövqedəki qeyri-müəyyənlik kimlərisə qorxudub”.

A.Səmədovun sözlərinə görə, əslində isə reallıq tamamilə başqadır: “Əslində reallıq nədən ibarətdir? 10 noyabr sənədində hər şey aydın yazılıb. Naxçıvandan Azərbaycanın Qərb rayonlarına çəkiləcək dəhlizlə insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunmalıdır. Maneəsiz hərəkət nə deməkdir? Yəni burda heç bir yoxlama aparıla bilməz. Bunu nəyin əsasında deyirik? 1997 və 1998-ci illərdə məşhur Minsk qrupu Laçın dəhlizi barədə təkliflərlə çıxış etmişdi. Məlumdur ki, uzun müddət Laçın dəhlizi Azərbaycanın nəzarətində olmayıb, eksterritorial olub. Yəni keçdiyi dövlətin suverenliyi altında olmayıb. Həmin təklifdə bu eksterritoriallığın tərifi verilib. 1997-ci ildə verilən təklifdə göstərilirdi ki, Laçın dəhlizi və Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək dəhlizeksterritorial olmalı və həmin dəhlizdə azad və maneəsiz hərəkət təmin olunmalıdır. Yəni eksterritoriallığın əlamətləri də göstəilirdi-azad və maneəsiz hərəkət. 1998-ci ilin noyabrında təqdim olunan təklifdəbir daha bu məsələyə qayıdılır və azad və maneəsiz sözünün eyni məna daşıdığını da nəzərə alaraq maneəsiz hərəkət ifadəsi göstərilir. Yəni həm Laçın dəhlizində, həm Naxçıvandan Azərbaycana çəkiləcək dəhlizdə maneəsiz hərəkət təmin olunmalı idi. Bu, eksterritoriallığıgöstərən əsas əlamət idi. 2020-ci ildə imzalanmış 10 noyabr bəyanatında isə yalnız Naxçıvandan Azərbaycana çəkiləcək yolda hərəkətin maneəsiz olması tələbi var. Yəni əslinə qalsa, 10 noyabr sənədində Zəngəzur dəhlizinin eksterritoriallığı və Ermənistana tabe olması açıq şəkildə göstərilmir. Ən azından heç orda yoxlama olmamalıdır. İran da gah buna qarşı çıxış edir, gah tələb edir ki, yola Rusiya yox Ermənistan nəzarət etsin, gah da hədələyir. Hətta SEPAHRusiyanı, Türkiyəni və Azərbaycanı hərbi əməliyyatlarla, hərbi vasitələrlə dəhilzin açılmasına mane olacağı ilə hədələyib. Əslinə qalsa, İran özü də bilmir nə istəyir. ABŞ hələ ki, İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək istəyir. Artıq işin əməliyyatlara doğru getdiyi göz qabağındadır. Rusiya Ukrayna ilə apardığı müharibəni hələ bitirə bilmir ki, Zəngəzur dəhlizi ilə məşğul olsun. Rusiyanın da mövqeyi aydındır, dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. Bunu İran istəmir. Yəni əslinə qalsa, dünyanın böyük dövlətlərinin hamısının mövqeyi eynidir-Zəngəzur dəhlizi açılmalıdır və bu dəhlizdə hərəkət 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi təmin olunmalıdır. Buna bir İran etiraz edir, sanki İranın o qədər böyük gücü var ki, Türkiyənin, Rusiyanın, ABŞ-ın qarşısında tək dayan bilər, dəhlizin açılmasına imkan verməz. Çünki İran maraqlıdır ki, öz ərazisindən keçən və bizim Araz dəhlizi dediyimiz dəhliz vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirib, ondan sonra da Avropaya doğru yönəlsin. Beynəlxalq nəqliyyat dəhlizi İranın ərazisindən keçsin, Naxçıvana, Türkiyəyə, ordan da Avropaya istiqamət götürsün. Əslinə qalanda İranın istəyi bundan ibarətdir. Ancaq bir şey aydındır ki, böyük dövlətlərin və Azərbaycanın ədalətli tələbləri qarşısında İranın sona qədər dayanacağı mümkün görünmür. Dəhliz açılacaq və Zəngəzur dəhlizi 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi fəaliyyət göstərəcək. Çünki Ermənistanın baş naziri də bu sənədə qol çəkib ki, dünyanın böyük gücləridəhlizin məhz 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi açılmasının tərəfdarıdır. Yaxın günlərdə baş verəcək hadisələr İranın o qədər də böyük gücü olmadığını bir daha göstərəcək. Çünki Suriya hadisələri kifayət qədər aydın şəkildə göstərdi ki, İran bəzən özünə həddən artıq güvənir və bu güvən son nəticədə Suriyada ciddi məğlubiyyətə gətirib çıxardı. Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe də eyni cür sonluqla nəticələnəcək və İran anlayacaq ki, burda da öz gücünü kifayət qədər şişirdib, özünə çox güvənib, düşünüb ki, bölgədə əsas qərar verən dövlət İran olmalıdır, çünki onun çox böyük hərbi potensialı var. Reallıq isə tamamilə başqa şey deyir və İran ilk növbədə özünün üz –üzə durduğu təhlükələri anlasa, reallıqları dərk etsə, bu onun nüfuzlu bir dövlət kimibundan sonra da fəaliyyət göstərməsinə şərait yarada bilər. Əks halda ciddi faciələr qapıdadır”.

İradə SARIYEVA

Избранный
23
baki-xeber.com

1Источники