Kevin De Brüynenin yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Napoli" ilə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 De Brüyne 2027-ci ilədək Neapol təmsilçisinin formasını geyinəcək. Müqavilənin müddəti daha bir il - 2028-ci ilədək uzadıla bilər. 

Son klubu "Mançester Siti" olan Kevin De Brüyne bununla da "Napoli"nin ən çox qazanan futbolçusu olub.