RU

Azərbaycanda gəlirlər: "Kasıba 300-400 manat çatır

BMT-nin bir hesabatında göstərilib ki, Azərbaycanda ən varlı insanlara gəlirlərin cəmi 14 faizi çatır. Bu rəqəm sosial mediada müzakirə doğurub.

Mövzunu sosial mediada müzakirə edənlər arasında çoxunun qənaəti bu olub ki, Azərbaycanda gəlirlərin 70-80 faizindən çoxu varlı ailələrə çatır.

"Azərbaycanda yaxşı halda kasıblara çatan 300-400 manat maaş, pensiyadır, bir də karof, badımcan, boranıdı, qalan neft, qaz gəlirlərini məmurlar, hakimiyyətdə olanlar əmdilər, xarıcdə gizlətdilər", - bir istifadəçi yazıb.

BMT-nin bu indeksi ölkələrdə gəlirlərin bərabərsizliyini ölçür.

Başqa bir istifadəçi yazır: "Gəlirlər bərabər bölünsəydi,varlıların milyonluq villaları olmazdı,

Kasıblar ev ala bilmir,gənclər evlənmir...millətin say artımı mənfidir..."

Digər bir istifadəçi isə hesab edir ki, işləyən insanlar kasıb olmaz: "Ağlı olan işləyir, qazanır boş-boş çərənliyənlər ancaq onun-bunun var-dövlətini saymaqla məşğuldu. Kasıb doğulmaq sənin günahın deyil, kasıb yaşamaq sənin günahındı".

Azərbaycan hakimiyyəti tez-tez deyir ki, dövlət büdcəsi sosial yönümlüdür və əhalinin rifahı üçün sosial proqramlar həyata keçirilir.

Videonu Youtube kanalımızda izləyin.

Избранный
39
bbc.com

1Источники