RU

Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.

Aznews.az xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.

L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, - deyə o əlavə edib.

Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.

Избранный
6
31
aznews.az

10Источники