"Zirə" klubu iyunun 14-dən etibarən təlim-məşq toplanışına başlayacaq.
Offsideplus.az xəbər verir ki, "qartallar" toplanışın ilk hissəsini Bakıda keçirəcək, komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” iyunun 30-da “Qarabağ”a qarşı yoxlama oyununa çıxacaq.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq Rəşad Sadıqovun yetirmələri bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.