RU

Almaniya Ukraynaya hərbi yardımı 9 milyard avroya çatdırır

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya 2025-ci ildə əlavə 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırdıqlarını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalının portalı məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında Pistorius bildirib ki, “vəsaitlər digər məsələlərlə yanaşı, uzaqmənzilli raketlərə də yönəldiləcək”.

Əgər Bundestaq (Almaniya parlamenti) bu məbləğin ayrılmasını təsdiqləyərsə, N-TV telekanalının hesablamalarına əsasən, Almaniyanın 2025-ci ildə Ukraynaya göstərdiyi ümumi hərbi yardımın həcmi təxminən 9 milyard avro olacaq.

Избранный
30
nocomment.az

1Источники