RU

Prezidentin müşaviri: Gələcəkdə Qazaxıstanla Azərbaycan arasında daha çox birgə layihələr olacaq

Qazaxıstan yaşıl enerjinin Avropaya tranziti layihəsi daxil olmaqla, Azərbaycan və regionun digər ölkələri ilə yaşıl gündəm üzrə əməkdaşlığı və təcrübə mübadiləsini daha da yüksək səviyyəyə qaldırmağa hazırdır.

"Report"un Avropa Bürosunun verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə müşaviri və xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Brüsseldə keçirilən enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransda deyib.

"Qazaxıstanın metan emissiyalarının azaldılması və yandırılması sahəsində yaxşı təcrübəsi var. Məlum olduğu kimi, metan qlobal istiləşmənin sürətlənməsinin ciddi səbəblərindən biridir. Bu, digər məsələlərlə yanaşı, Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərir və əməkdaşlığı zəruri edir", - o qeyd edib.

Избранный
80
report.az

1Источники