BAKI, 12 iyun. TELEQRAF
Rusiya ordusu müstəqil pilotsuz sistem qoşunlarını yaradır.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Vladimir Putin məlumat verib.
O bildirib: “Rusiya ordusunun müstəqil növü kimi pilotsuz sistem qoşunları yaradılır”.
V.Putin silahlanma ilə bağlı dövlət proqramı mövsusunda keçirilən iclasda belə deyib.
Eyni zamanda, prezident ölkədə PUA sahəsində yaxşı təcrübə topladığını vurğulayıb.