RU

“Biz texnologiyaya ciddi investisiyalar qoyuruq” Kazım Babayev

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

Şokolad dünyada milyonlarla insanın sevdiyi dadlardan

biridir. Azərbaycanda da şokolada olan maraq ildən-ilə artır. Mağazaların

vitrinlərində fərqli ölkələrdən gətirilən məhsullar geniş çeşiddə təqdim

olunur. Bəs ölkəmizdə satışa çıxarılan şokaladlar əsasən haradan idxal olunur?

“Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev

Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizə xüsusilə də Rusiya və

Ukraynadan şokoladlar gətirilir:

“Hazırda ölkədə fəaliyyət göstərən əsas istehsal

müəssisələrindən biri “Ulduz” şokolad zavodudur. Zavod həm ölkədaxili tələbatı

yüksək səviyyədə ödəyir, həm də 20-dən çox ölkəyə, o cümlədən Səudiyyə

Ərəbistanı və demək olar ki, bütün Orta Şərq ölkələrinə məhsul ixrac edir.

Məhsullarımız bu bazarlarda yaxşı tanınır. Eyni zamanda, bizim əsas prinsiplərimizdən

biri də keyfiyyətli məhsul istehsalıdır. Keyfiyyət zənciri xammaldan başlayır.

Keyfiyyətli avadanlıq, peşəkar komanda, müasir texnologiya və keyfiyyətli

marketinq - hamısı sintez təşkil edir. Bu zəncirin hər hansı bir halqasında zəiflik

olsa, məhsulun ümumi keyfiyyəti zərər görə bilər. Buna görə də keyfiyyətə

nəzarət sistemi çox güclüdür və istehsal prosesi, texnoloji yeniliklər daim

nəzarətdə saxlanılır. Biz texnologiyaya ciddi investisiyalar qoyuruq”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

K.Babayev şokalad qiymətlərindən də danışıb.

“Xammal əsasən Rusiyadan gətirilir, amma bu bazarda qiymətlər

çox tez-tez dəyişir. Məsələn, kakao tozu və şokoladın əsas tərkibi olan kakao çəyirdəyindən

əmələ gəlir. Bu isə Rusiya və ətraf coğrafiyalarda yetişmir, ona görə də bu

məhsullar digər ölkələrdən, o cümlədən Afrika və digər ölkələrindən ixrac olunur.

Son 18 ay ərzində kakao qiymətləri ciddi şəkildə bahalaşıb, təxminən 2 000

dollardan 10 000 dollara qədər yüksəlib”.

Bəzən sual olunur ki, ucuz şokoladdan zəhərlənmə baş verə

bilər?

Müsahibimiz bildirib ki, məsələ ucuz və bahalı olmaqda deyil,

məsələ keyfiyyətli və keyfiyyətsiz məhsul arasındadır:

“Ucuz şokolad həmişə keyfiyyətsiz demək deyil. Burada əsas

məsələ tərkibində nələrin istifadə olunmasıdır. Məsələn, xalis şokolad var,

amma bəzi hallarda tərkibinə əlavə maddələr – kişmiş, püstə və s. əlavə olunur.

Bu, həm dad fərqinə, həm də məhsulun qiymətinə təsir edir. Digər önəmli amil

isə marka dəyəridir. Dünya miqyasında tanınan bəzi brendlərin yalnız məhsul

deyil, həm də marka dəyəri satılır. Bu da qiymətlərin formalaşmasında böyük rol

oynayır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
metbuat.az

3Источники