Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul klubu PSJ-nin yarımmüdafiəçisi Karlos Soleri transfer etmək niyyətindədir.
Bu mövsümü “Vest Hem”də icarə əsasında çıxış edən Soler özü “Fənərbaxça”da oynamağa razılıq verib.
"Sarı-lacivərdlilər" 28 yaşlı yarımmüdafiəçiyə 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Karlosun PSJ ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.
Sanenin “Qalatasaray”la müqaviləsinin detalları müəyyənləşib
Sane “Bavariya”da oynamağa DAVAM EDƏCƏK
De Bruyne rəsmən “Napoli”də
İngiltərə millisinin üzvü “Marsel”də - RƏSMİ
“Fənərbaxça” Conatan Deyvid üçün hərəkətə keçdi