Elmi araşdırmalar göstərir ki, gündə iki ədəd manqo istehlakı qan təzyiqini aşağı salır, pis xolesterini azaldır və xüsusilə 50 yaşdan yuxarı qadınlarda ürək-damar sağlamlığını gücləndirir.
ABŞ-də aparılan bir tədqiqat zamanı 50 yaşdan yuxarı qadınlara iki həftə ərzində gündə 1,5 stəkan manqo verilib. Nəticələrə görə, sistolik qan təzyiqi 6 bal, pis xolesterin (LDL) isə təxminən 13 bal aşağı düşüb.
Manqo həmçinin:
- Qan şəkərini tarazlayır, - Antioksidantlarla zəngindir, - Həzmi və bağırsaq hərəkətlərini tənzimləyir, - Dərini qocalmadan qoruyur, - İmmuniteti gücləndirir, - Göz və damar sağlamlığını dəstəkləyir, - Bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.
Mütəxəssislər bu meyvənin xüsusilə postmenopozal qadınlarda infarkt və insult riskini azaltmaq baxımından faydalı olduğunu bildirirlər.