RU

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası olub

Bakı. Trend:

Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədiləAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)yanında qida sektoru üzrə Məşvərət Şurası yaradılıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, Şuranın təsis olunmasıölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi,sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin tələbləri barədədolğun məlumatlandırılması və onların bu sahədə həyata keçirilənislahatlara daha fəal cəlb olunması baxımından mühüm əhəmiyyət kəsbedir.

Məşvərət Şurasının ilk iclasında Şuranın qida təhlükəsizliyisahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində, busahədə qəbul edilən qərarların hazırlanması zamanı özəl sektornümayəndələri ilə məsləhətləşmələrin aparılmasında, sahibkarlarıntəklif və rəylərinin öyrənilməsində fəal iştirak edəcəyivurğulanıb. Şura özəl sektor nümayəndələri, müvafiq dövlətqurumları, ictimai təşkilatlar və mütəxəssislər arasında platformarolunu oynayaraq qarşılıqlı etimada əsaslanan əməkdaşlığınmöhkəmləndirilməsinə xidmət edəcək.

İclas çərçivəsində AQTA tərəfindən həyata keçirilmiş islahatlarvə əldə olunmuş nəticələrə dair təqdimat nümayiş etdirilib.

Избранный
27
4
az.trend.az

5Источники