RU

İran bu qurupdan çıxa bilər » AzadMedia.az


MAQATE-nin hərəkətlərindəki anti-İran xətti Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən çıxmaq barədə qərar qəbul etməsinə səbəb ola bilər. Bu barədə bu gün İran parlamentində məlumat verilib.
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağı nəzərdən keçirə bilər. Bu barədə İİR-in Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Parlament Komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai bildirib.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbər şurası İran əleyhinə qətnamə qəbul edib və bu qətnamədə İslam Respublikası nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozmaqda ittiham olunur. Rezainin sözlərinə görə, MAQATE-nin hərəkətlərində anti-İran meyli davam edərsə, Tehran BMT-dən çıxmaq barədə düşünəcək.

Bu gün İran da yaxın vaxtlarda ölkədə daha bir uranın zənginləşdirilməsi zavodunun işə salınacağını açıqlayıb.
Избранный
52
1
azadmedia.az

2Источники