RU

Yunan-Roma güləşçilərimiz Avropa üçüncüsü oldu

Skopyedə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşçilərinin çıxışına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, yığmamız komanda hesabında 3-cü yeri tutub.

Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurub. Milli aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıb. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürüncə sahib olublar.

Bu nəticələrlə yığma 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. İlk iki pillədə Ermənistan (135 xal) və Gürcüstan (122 xal) yer alıb.

Xatırladaq ki, yunan-Roma güləş yığmamız 2021-ci, 2022-ci və 2024-cü illərdə Avropa çempionu olub, 2023-cü ildə isə ikinci yeri tutmuşdu.

Избранный
30
3
football-plus.az

4Источники