RU

İsrailin İrana hücumu neft qiymətlərini 7%-dən çox artırdı

Yaxın Şərqdə gərginliyin kəskin artması neft bazarına da ciddi təsir göstərib.

Musavat.com xəbər verir ki, İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumu fonunda neftin dünya qiymətləri kəskin şəkildə yüksəlib.

Belə ki, Brent markalı neftin fyuçersləri 7%-dən çox artaraq son bir neçə ayın maksimum həddinə çatıb. Qiymət 75,3 ABŞ dolları səviyyəsinə qalxaraq aprel ayının əvvəlindən bəri ən yüksək göstərici olub.

Ekspertlərin fikrincə, qiymət artımının əsas səbəbi bölgədə neft tədarükünə mümkün təhlükə və Yaxın Şərqdə silahlı qarşıdurmanın genişlənə biləcəyi qorxusudur. İran dünyanın əsas neft ixracatçılarından biri olduğundan, regionda hərbi eskalasiya bazarlarda qeyri-müəyyənlik yaradır.

Enerji bazarı iştirakçıları bu vəziyyətin davamlı olacağı təqdirdə neft qiymətlərinin daha da yüksələ biləcəyini proqnozlaşdırırlar. Analitiklər həmçinin qeyd edirlər ki, ABŞ və digər böyük neft idxal edən ölkələr bu vəziyyəti diqqətlə izləyir və ehtiyat tədbirləri görməyə hazırlaşır.

Избранный
46
32
musavat.com

10Источники