Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.