“Mançester Siti”dən ayrılacağı gözlənilən Kayl Uolker karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “HT Spor” portalı məlumat yayıb. İstanbul klubu Uolkerlə danışıqlara başlayıb.
Kayl ötən mövsümü icarə əsasında “Milan”da keçirib. O, 34 oyunda meydana çıxıb.