RU

İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır

Ermənistan mediası Azərbaycanla sərhədin hansı xətlər üzrə çəkiləcəyinə dair ikinci xəritəni dərc edib.

Publika.az
xəbər verir ki, “Hraparak” nəşri dünən xəritə yayımlayıb və iddia edib ki, xəritədə sərhədin keçəcəyi ərazilər əks olunub.

Nəşr daha sonra ikinci xəritəni dərc edib və yenə eyni iddia ilə çıxış edib. Nəşrin iddiasına görə, Azərbaycan və Ermənistan arasında məxfi danışıqlar zamanı sərhədin keçəcəyi xətlər üzərində razılaşma əldə olunub. Razılaşmaya görə, Ermənistan Azərbaycana daha çox güzəştə gedəcək.

Nəşrin daha öncə yayımladığı iddiada deyilirdi ki, “Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında tərtib olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb. Gələcək sərhədin əhəmiyyətli bir hissəsi artıq müəyyən edilib - Tavuşadan Sünikə qədər. Və sənədlərdən də göründüyü kimi, bütün sahələrdə Ermənistan uduzur, Azərbaycan isə qazanır. Anklavlar və eksklavlar məsələsi bu mərhələdə müzakirə olunmayıb, növbəti mərhələyə saxlanılıb”.

İkinci xəritəni dərc edən nəşr yazır ki, strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.

“Veriləcək ərazilərə yüksək dağ zonaları da daxildir. Bu ərazilər otlaq kimi istifadə olunacaq. Bu ərazilərdəki su mənbələri də Azərbaycanın nəzarətində olacaq”, - nəşr iddia edib.

Nəşr iddia edir ki, xəritədə sarı rənglə qeyd olunan ərazilər Ermənistana, bənövşəyi rənglə qeyd olunan ərazilər isə Azərbaycana veriləcək.

Asif

Избранный
6
5
publika.az

6Источники