RU

"Yelo Bank"ın ticarət və xidmətlər sektoruna verdiyi kreditlər - 8% BÖYÜYÜB

"Yelo Bank"ın korporativ portfelində ticarət və xidmətlər sektoruna verilən kreditlər 2024-cü ildə artım göstərib.

FED.az xəbər verir ki, 31 dekabr 2024-cü il tarixinə ticarət və xidmətlər sahəsinə verilən kreditlər 87 milyon 843 min manat təşkil edib. Bu, bankın ümumi kreditlərinin 9.2%-i demək olub.

 Bu da il ərzində 6 milyon 127 min manat artım (7,5%) deməkdir.

2023-cü ildə bu kreditlər 81 milyon 716 min manat idi.

Bu kreditlərin ümumi kreditlərə nisbəti  2024-cü ildə 9.2%-ə  bərabər olub.

Избранный
56
fed.az

1Источники