RU

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

"Brendləşmə cəmiyyətin intellektuallığı ilə paralel irəliləyir. İntellektuallıq səviyyəmiz hardadırsa, brend yanaşmamız da ordadır. Ona görə Avropa, Amerika, Yapon, Koreya markalarının yüksək olması insanlarının intellektuallıq səviyyəsi ilə bərabərdir".

Bunu "Valyuta.az"a müsahibəsində marketinq və brend inkişafı üzrə türkiyəli mütəxəssis Burak Kölemen deyib:

Ekspertin sözlərinə görə, Azərbaycanda brendləşməyə mane olan əsas problem cəmiyyətin marka dəyərinə yanaşma əksikliyidir.

“Azərbaycan malıdır” deyiləndə, insanların ağlına keyfiyyətli nə gəlir? Əgər “Mən Azərbaycan malı istəmirəm, türk malı alım” deyirsə, türk malının marka dəyəri daha yüksəkdir. Yapon malına türk malından çox inanırlarsa, bu səfər Yapon malının marka dəyəri yüksəkdir. Amma sən istehsalçısansa, bir marka dəyəri yaratmağa çalışmalısan. Azərbaycan istehsalında ən böyük əngəllərdən biri də mentalitet olaraq öz evində yad olmasıdır. İctimai şüurdakı bu problemi Türkiyə 50-60-cı illərdə dərk etdi. Milli məhsul günləri, yerli məhsul həftələri keçirildi. Məktəblərdə, universitetlərdə təbliğat aparıldı. Yaponiyada, Avropada, Amerikada formalaşdırılan mədəniyyət də budur: yerli həftəmiz, bizim markamız, bizim malımız. Sən bunu mədəniyyət olaraq formalaşdırmalısan".

"Yerli insanlar deməlidir ki, “Əskiyi olsun, amma Azərbaycan malı olsun”. Bunu dediyi anda, Azərbaycan ən kral markanı da çıxarar, ən yaxşı məhsulu da istehsal edər", - deyə mütəxəssis vurğulayıb.

Ətraflı linkdə: //valyuta.az/az/read/71649/

Избранный
4
valyuta.az

1Источники