RU

MAQATE: İsrail Natanz nüvə obyektinə zərbə endirib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin İrana qarşı endirdiyi zərbələrin Natanzdakı uranın zənginləşdirilməsi obyektinə dəydiyini təsdiqləyib.  Vətəninfo.az xəbər verir ki , MAQATE-nin baş direktoru Rafael Qrossi X sosial platformasında müvafiq bəyanatla çıxış edib.

“MAQATE İrandakı dərin narahatlıq doğuran vəziyyəti yaxından izləyir. Agentlik Natanz obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər. Agentlik radiasiya səviyyələri ilə bağlı İran rəsmiləri ilə əlaqə saxlayır. Biz ölkədəki müfəttişlərimizlə də əlaqə saxlayırıq”.

İsrail bu gün səhər tezdən İrana hava zərbələri endirib. Paytaxt Tehranda partlayış səsləri eşidilib. Şəhərdə yaşayış binalarına ziyan dəyib. Partlayış səsləri ölkənin şimalındakı Spana əyalətində də eşidilib. Zərbələr zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami, eləcə də digər komandirlər və nüvə alimləri həlak olub. İran bu zərbələrə sərt cavab vəd edib. 

Избранный
56
18
veteninfo.az

10Источники